Türkiyədə prezident seçkilərinin ikinci turu üzrə səsvermə başa çatıb
Bakı, 28 may, AZƏRTAC
Türkiyədə prezident seçkilərinin ikinci turu üzrə səsvermə başa çatıb.
AZƏRTAC xəbər verir ki, yerli vaxtla saat 17:00-da ölkədə bütün seçki məntəqələrində səsvermə yekunlaşıb və məntəqələr bağlanıb.
Qeyd edək ki, mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs toplamadığı üçün bu gün səsvermənin ikinci turu keçirilib.
Prezident vəzifəsi uğrunda iki namizəd mübarizə aparıb. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğludur.
Misir Nefertitinin büstünü Almaniyadan geri qaytarmaq əzmindədir
Almanların üçdə ikisi Olaf Şoltsun yenidən kansler postuna namizədliyinə qarşıdır
Vyetnamda qasırğa qurbanlarının sayı 233 nəfərə çatıb
ICESCO süni intellekt üzrə İslam dünyasının Etika Xartiyasını təqdim edib
Rusiya altı britaniyalı diplomatın akkreditasiyasını ləğv edib