×
A
A
A
Sazlamalar

Sədərək rayonuna leysan və dolu yağıb, bəzi ərazilərdən sel keçib

Naxçıvan, 26 may, AZƏRTAC

Son günlər intensiv xarakter alan yağışlı hava şəraiti Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda da müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, bir neçə saat öncə yağan güclü leysan nəticəsində rayonun yaşayış məntəqələrinə, o cümlədən Sədərək kəndinə sel gəlib. Sel və yağan dolu bəzi təsərrüfatlara ziyan vurub.
Aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunub.

Regionlar 2023-05-26 20:14:00