Kosovonun güc strukturları ilə toqquşmalarda 10 serb xəsarət alıb
Bakı, 26 may, AZƏRTAC
Kosovonun şimalında yerləşən Zveçan bələdiyyəsində kosovolu polislərlə toqquşmalar nəticəsində ən azı 10 serb xəsarət alıb.
AZƏRTAC Serbiya televiziyasına istinadla xəbər verir ki, Kosovonun şimalında və Metohiya vilayətində yaşayan serblər bələdiyyə binaları ətrafında barrikadalar qurub. Kosovo polisi binalara girməyə çalışarkən toqquşmalar baş verib.
Eyni zamanda, Serbiya Prezidenti Aleksandar Vuçiçin əmri ilə Serbiya Silahlı Qüvvələri yüksək hərbi hazırlıq vəziyyətinə gətirilib. Belqrada bağlı ordu birləşmələri hazırda Kosovo ilə sərhədə doğru hərəkət edir.
Qeyd edək ki, aprelin 23-də Kosovonun şimalında və Metohiya vilayəti ərazisində yerləşən Zveçan, Zubin-Potok, Leposaviç və Severna-Mitrovitsa rayonlarında bələdiyyə seçkiləri keçirilib. Serblərin maraqlarını təmsil edən “Serb siyahısı” qrupunun seçkiləri boykot etməsi səbəbindən bölgədə vəziyyət gərginləşməyə başlayıb.
Latviya Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlayıb
Polşa Belarusun 365 vətəndaşına və 20 şirkətinə qarşı sanksiya tətbiq edib
Mövlud Çavuşoğlu ilə Antoni Blinken arasında telefon danışığı olub
Dünyanın ən böyük elektromobil istehsalçıları Əbu-Dabidə toplaşıb
Volodimir Zelenski və Olaf Şolts arasında telefon danışığı olub