Süveyş kanalı yenə də bağlanıb
Bakı, 26 may, AZƏRTAC
Honkonq bayrağı ilə Süveyş kanalından keçən “Xin Hai Tong” yük gəmisi suyun dayaz yerindən üzərkən torpağa batıb.
AZƏRTAC Misir mətbuatına istinadla xəbər verir ki, kanalın bağlanması nəticəsində 4 yük gəmisi yoluna davam edə bilməyib. Hazırda yük gəmisinin batdığı yerdən çıxarılması üçün əraziyə dartıcı katerlər cəlb olunub.
Süveyş kanalı Avropa ilə Asiyanı birləşdirən dəniz nəqliyyat yolunun əsasını təşkil edir. Hər iki qitə arasındakı ticarət dövriyyəsinin 12 faizi bu kanal vasitəsi ilə həyata keçirilir.
Qeyd edək ki, 2021-ci ilin mart ayında da kanal bağlanmışdı. Yaponiyanın nəqliyyat şirkətlərindən birinə məxsus olan “Ever Gieve” yük gəmisi də suyun dayaz hissəsində torpağa batmışdı. Həmin vaxt kanal bir həftə bağlı qaldı və dünya iqtisadiyyatına təxminən 18 milyard dollar həcmində zərər dəydi.
Latviya Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlayıb
Polşa Belarusun 365 vətəndaşına və 20 şirkətinə qarşı sanksiya tətbiq edib
Mövlud Çavuşoğlu ilə Antoni Blinken arasında telefon danışığı olub
Dünyanın ən böyük elektromobil istehsalçıları Əbu-Dabidə toplaşıb
Volodimir Zelenski və Olaf Şolts arasında telefon danışığı olub