Sudanda ordu qüvvələri ilə xüsusi təyinatlılar arasında döyüşlər yenidən başlayıb
Bakı, 26 may, AZƏRTAC
Sudanın qərbində, Darfur regionunda ordu ilə çevik reaksiya qüvvələri (xüsusi təyinatlılar) arasında yenidən döyüşlər başlayıb.
AZƏRTAC AlHadath telekanalına istinadla xəbər verir ki, hazırda Darfur regionunun bəzi rayonlarında yüngül silahlardan istifadə olunmaqla döyüşlər gedir. Hər iki tərəf bir-birini vəziyyəti gərginləşdirməkdə və yerli tayfaların özünümüdafiə qüvvələrini münaqişəyə cəlb etmək cəhdlərində ittiham edir. Darfur çevik reaksiya qüvvələrinin əsas dayaq məntəqəsi hesab olunur.
Bir müddət öncə mayın 22-də Ciddədə ABŞ və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə Sudan ordusu ilə çevik reaksiya qüvvələri arasında bir həftəlik atəşkəs rejimi barədə razılaşma əldə olunmuşdu.
Qeyd edək ki, aprelin 15-də Sudanda ordu birləşmələri və çevik reaksiya qüvvələri arasında başlayan silahlı münaqişə nəticəsində indiyə qədər minə yaxın insan həlak olub, milyondan çox insan isə qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
ABŞ senatoru Bob Menendesin evindən oğurluq qızıl külçələr tapılıb
Papa Fransisk səhhətində yaxşıya doğru irəliləyiş olduğunu deyib
Gürcüstan-Rusiya yolu yenidən bağlanıb
Gürcüstan ilə ABŞ arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib