Tanınmış gənc xanəndə Almaxanım Əhmədlinin ilk solo konserti olacaq
Bakı, 26 may, AZƏRTAC
Mayın 29-da Heydər Əliyev Sarayında bir çox müsabiqələrin mükafatçısı, gənc və istedadlı ifaçı Almaxanım Əhmədlinin ilk solo konserti olacaq.
Sarayın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konsertdə xanəndə öz repertuarındakı mahnılarla yanaşı, muğamlar, xalq və bəstəkar mahnıları ilə tamaşaçıların qarşısına çıxacaq.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Bu il Şuşada kulinariya günləri keçiriləcək
Azərbaycanda küçə yeməkləri ilə bağlı konsepsiya hazırlanır
Qərbi Azərbaycanın maddi və mədəni irsi AKİ-nin fokusunda
Səmərqənd mərkəzi kitabxanasına Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edilib