Sumqayıt teatrında "Kimdir müqəssir" tamaşası nümayiş olunub
Sumqayıt, 26 may, Ə.Rzayeva, AZƏRTAC
Sumqayıt Dövlət Dram Teatrında Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Sumqayıt Musiqi Kolleci ilə müştərək layihə olan "Kimdir müqəssir" tamaşası nümayiş etdirilib. Əbdürrəhim bəy Haqverdiyevin yazdığı vodevilə rejissor Fuad Kazımov quruluş verib.
AZƏRTAC xəbər verir ki, rolları Dağlar Rüstəmov, Vəfa Qurbanova və Elmir Mehdiyev canlandırıblar. Kollecin müəllimi Könül Bəkirovanın rəhbərliyi altında tələbələr canlı musiqi ifa ediblər. Müştərək layihə maraqla qarşılanıb.
Tamaşadan sonra panel-müzakirə olub. Yaradıcı heyət gələcək musiqiçilərin - kollec tələbələrinin suallarını ətraflı cavablandırıblar. Layihənin həm də gənclərdə teatra həvəs yaradılması baxımından mühüm əhəmiyyət kəsb etdiyi söylənilib.
Kollecin direktoru Səbinə Mehdiyeva bu birgə layihə üçün teatr rəhbərliyinə, yaradıcı heyətə təşəkkürünü bildirib, gələcəkdə də əməkdaşlığın yüksək səviyyədə davam etdirilməsi arzusunda olduğunu deyib.
“Naxçıvan - bəşəriyyətin beşiyi” VI Beynəlxalq Rəsm Festivalının açılış tədbiri olub
Şimal bölgəsinin 17 məktəbində beynəlxalq qiymətləndirmə imtahanları keçirilir
Qubadakı “Oxu bayramı”nda mindən çox kitab və yeni nəşrlər nümayiş etdirilib