×
A
A
A
Sazlamalar

Nazir Rəşad Nəbiyev Qusarda vətəndaşlarla görüşəcək

Bakı, 26 may, AZƏRTAC

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iyunun 5-də saat 10:00-da Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Quba, Xaçmaz və Qusar rayonlarının sakinlərini qəbul edəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbulda bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya və radio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı müraciətlərə baxılacaq.
Qəbula yazılmaq üçün iyunun 3-nə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.

Regionlar 2023-05-26 12:25:00