×
A
A
A
Sazlamalar

AQTA: ölüm hadisəsinin qida ilə heç bir əlaqəsi yoxdur

Bakı, 25 may, AZƏRTAC

Mayın 24-ü axşam saatlarında 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayevin səhhətində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilməsi və daha sonra həyatını itirməsi ilə bağlı kütləvi-informasiya vasitələrində yayılmış məlumat Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırılıb.
Agentliyin AZƏRTAC-a verdiyi rəsmi açıqlamada bildirilib ki, araşdırma zamanı hadisənin qida ilə heç bir əlaqəsinin olmadığı müəyyən edilib.

Sosial 2023-05-25 17:01:00