×
A
A
A
Sazlamalar

Yevlax Pilot Aqroparka 4,3 milyon manatdan çox investisiya qoyulacaq

Bakı, 25 may, AZƏRTAC

Yevlax Pilot Aqroparkda “İSFA” MMC, “XAR AGRO” MMC, “AGROTOP” MMC və fərdi sahibkarlar Mehman Rəhimov və Firdovsi Əhmədova rezident statusu verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Qeyd edilib ki, rezidentlər tərəfindən 177,4 hektar sahədə investisiya həcmi 4,3 milyon manatdan çox olan intensiv meyvə bağları, tingçilik və tərəvəzçilik təsərrüfatları salınacaq, 53 nəfər daimi, 187 nəfər isə mövsümi işlə təmin ediləcək.

Regionlar 2023-05-25 15:39:00