×
A
A
A
Sazlamalar

Sabirabadda Ümummilli Liderə həsr olunan kitab sərgisi açılıb

Sabirabad, 25 may, Aydın Yavərzadə, AZƏRTAC

Sabirabad rayon Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş kitab sərgisi keçirilib. Sərgi Sabirabad Rayon İcra Hakimiyyətinin və Sabirabad rayon Mərkəzi kitabxanasının birgə təşkilatçılığı ilə gerçəkləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mərkəzi kitabxananın fondunda yer alan kitablardan ibarət sərgiyə baxış keçirilib. Tədbirdə çıxış edənlər Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyətindən, xalqımız qarşısında tarixi xidmətlərindən danışıblar.
Tədbirin bədii hissəsində Ulu Öndərə həsr olunan musiqilər ifa olunub, şeirlər səsləndirilib.

Regionlar 2023-05-25 14:50:00