×
A
A
A
Sazlamalar

Respublika müsabiqəsinin zona mərhələsində 40-dan çox şagirdin bacarığı qiymətləndirilib

Quba, 25 may, Elxan Yusifli, AZƏRTAC

Qubada “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin V Respublika müsabiqəsinin zona mərhələsində 40-dan çox şagird iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqəyə Uşaq-gənclər inkişaf mərkəzlərinin xətti ilə şimal regionunun ümumtəhsil məktəblərinin istedadlı şagirdləri qatılıb.
Müsabiqənin ilkin mərhələsində Quba rayonundan altı nominasiya üzrə 28, Şabran rayonundan beş nominasiya üzrə 5, Xaçmaz rayonundan dörd nominasiya üzrə 6, Siyəzən rayonundan iki nominasiya üzrə 2 şagird bacarıqlarını nümayiş etdirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin regional idarələrinin və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin nümayəndələri münsiflər heyəti qismində iştirak edərək, məktəblilərin işlərini qiymətləndiriblər.
Müsabiqənin əsas məqsədi Azərbaycanın aqrobiomüxtəlifliyinin qorunması və ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalında məktəblilərin fəal iştirakının təmin edilməsi, bu sahədə onların bilik və bacarıqlarının artırılmasıdır.
Bu mərhələdə 50 baldan yuxarı nəticə qazananlar oktyabr ayında müsabiqənin final mərhələsində iştirak edəcək.

Regionlar 2023-05-25 14:42:00