×
A
A
A
Sazlamalar

Mərkəzi Bank: Bugünkü hərracda tələb 33,9 milyon dollar təşkil edib

Bakı, 23 may, AZƏRTAC

Mayın 23-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Bankdan AZƏRTAC-a bildirilib ki, hərracda tələb 33,9 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Maliyyə 2023-05-23 16:21:00