“TikTok” Montana ştatının administrasiyasını məhkəməyə verib
Bakı, 23 may, AZƏRTAC
“TikTok” sosial şəbəkəsi ABŞ-da eyni adlı tətbiqi ilk dəfə tam qadağan edən Montana ştatının administrasiyasını məhkəməyə verib.
AZƏRTAC ABC telekanalına istinadla xəbər verir ki, sosial şəbəkənin iddiasına görə, qadağa ABŞ konstitusiyasının söz azadlığını təmin edən birinci düzəlişinə ziddir.
“Biz biznesimizi və yüz minlərlə istifadəçinin hüququnu qorumaq umun Montana ştatında “TikTok” şəbəkəsinin konstitusiyaya zidd qadağasını mübahisələndirəcəyik”, - deyə məhkəmə sənədində bildirilir.
Ştatın yerli qanunverici orqanının aprel ayında müəyyənləşdirdiyi yeni qaydaya əsasən, ştat ərazisində “TikTok” tətbiqini telefona yükləmək qadağan edilib. Beləliklə, onlayn-mağazalarında tətbiqə girişi bağlamayacağı təqdirdə “Apple” və “Google” kompaniyaları cərimə olunacaq. Qadağa yanvarın 1-də qüvvəyə minəcək.
Xatırladaq ki, ABŞ ştatlarının yarıdan çoxu xidməti telefonlarda “TikTok” tətbiqindən istifadəni qismən və ya tam qadağan edib. Birləşmiş Ştatların hakimiyyət orqanları məxfi məlumatların Pekinin əlinə keçəcəyindən ehtiyatlanır.
Qısa videoların yerləşdirilməsi üçün istifadə olunan “TikTok” sosial şəbəkəsi 2017-ci ildə, onun beynəlxalq versiyası isə 2018-ci ilin avqustunda istifadəyə verilib. Sahibi Çinin “ByteDance” texnologiya kompaniyası olan şəbəkənin Birləşmiş Ştatlarda 150 milyondan çox istifadəçisi var.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır