Bakı-Tbilisi-Ərzurum kəməri ilə 7,3 milyard kubmetrdən çox təbii qaz ötürülüb
Bakı, 19 may, AZƏRTAC
Cari ilin yanvar-aprel aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 14 milyard 711,7 milyon kubmetr təbii qaz nəql edilib. Bu da əvvəlki ilin eyni aylarına nisbətən 5,7 faiz artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, dörd ayda qaz nəqlinin 49,9 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 7 milyard 346,4 milyon kubmetr təbii qaz ixrac edilib.
Azərbaycan neftinin qiyməti dəyişməyib
Dünya birjalarında neft ucuzlaşıb
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
Dünya birjalarında neft bahalaşıb
Növbəti həftə 1 şəhər və 3 rayonda “Azəriqaz”ın “Açıq mikrofon” aksiyası keçiriləcək