×
A
A
A
Sazlamalar

ABŞ-da depressiya diaqnozu qoyulan böyüklərin nisbəti 29 faizə çatıb

Bakı, 19 may, AZƏRTAC

ABŞ-da ən azı bir dəfə depressiya diaqnozu qoyulanların nisbəti səkkiz il ərzində təxminən 10 faiz artaraq 29 faizə çatıb.
AZƏRTAC “Gallup” tədqiqat institutuna istinadla bildirir ki, sözügedən problemlə bağlı 5 min 167 şəxs arasında araşdırma aparılıb.
Bu kontekstdə iştirakçılara həyatlarının hər hansı bir nöqtəsində onlara depressiya diaqnozu qoyulub-qoyulmadığı soruşulub. Tədqiqatın nəticələrinə görə, hazırda depressiyadan müalicə alan böyüklərin nisbəti 2015-ci illə müqayisədə təxminən 7 faiz artaraq 17,8 faizə çatıb.
Qadınlarda depressiya nisbəti ən az bir dəfə artaraq 36,7 faiz, kişilərdə isə bu nisbət 20,4 faiz olaraq təsdiq edilib.
ABŞ-da ən azı bir dəfə depressiya diaqnozu qoyulan böyüklərin nisbəti 29 faizə yüksəlib və qadınlarda depressiya nisbəti 2017-ci ildən bəri kişilərlə müqayisədə təxminən iki dəfə artıb.
Araşdırmada 18-29 yaş arasında depressiya diaqnozu nisbətinin yüzdə 34,3, 30-44 yaş arasında isə 34,9 faiz olduğu, 44 yaşdan yuxarılarda isə bu nisbətin daha aşağı düşdüyü vurğulanıb. Digər tərəfdən qlobal miqyasda 15 və daha yuxarı yaşda olan hər 10 nəfərdən 4-də depressiya və ya psixoloji problemlər olduğu qeyd edilib.
Tədqiqat şirkətinin əvvəlki araşdırması, Şimali Amerikalı yetkinlərin yüzdə 22-nin ən azı iki həftə ərzində gündəlik həyatlarını pozan səviyyəyə qədər depressiya və ya narahatlıq keçirdiyini göstərib. Bu nisbət dünya üzrə 19 faiz olaraq ifadə edilib.
ABŞ-da COVID-19 pandemiyası zamanı bağlanmalar, məhdudiyyətlər və yoluxma qorxusu nəticəsində klinik depressiya hallarının sayında sürətlə artım olduğu bildirilir.

Dünya 2023-05-19 14:19:00