×
A
A
A
Sazlamalar

Türkiyədə milli azadlıq hərəkatının 104-cü ildönümü qeyd olunur

Bakı, 19 may, AZƏRTAC

Bu gün Türkiyədə Atatürkü Anma, Gənclik və İdman bayramı qeyd olunur.
AZƏRTAC xəbər verir ki, bu əlamətdar bayram 1919-cu il mayın 19-da Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün Samsun şəhərində gənclərin qarşısında çıxışında ölkənin bir hissəsini işğal etmiş təcavüzkarlarla mübarizədə səfərbərlik elan etməsi ilə bağlıdır. Məhz bu müraciət Türkiyə Cümhuriyyətinin elan edilməsini şərtləndirən milli azadlıq müharibəsinin əsasını qoyub.
Sonradan bu əlamətdar tarix Gənclər Günü elan edilib.
Hər il mayın 19-da bütün Türkiyə ərazisində və diplomatik nümayəndəliklərdə bayram tədbirləri təşkil olunur.

Dünya 2023-05-19 11:24:00