×
A
A
A
Sazlamalar

Rusiya və ABŞ Beynəlxalq Kosmik Stansiyanın orbitdən çıxarılmasını tənzimləyən sənəd layihəsi hazırlayıb

Bakı, 19 may, AZƏRTAC

Rusiyanın “Roskosmos” dövlət korporasiyası amerikalı həmkarları ilə birlikdə Beynəlxalq Kosmik Stansiyanın (BKS) orbitdən çıxarılması prosesini tənzimləyən texniki sənəd layihəsi hazırlayıb.
AZƏRTAC TASS agentliyinə istinadla bildirir ki, bu barədə korporasiyasının mətbuat xidmətindən məlumat verilib.
"Bir müddət əvvəl biz amerikalı həmkarlarımızla birlikdə Beynəlxalq Kosmik Stansiyanın orbitdən çıxarılmasını, daha doğrusu, deorbitasiyanın texniki aspektlərini tənzimləyən texniki sənəd layihəsi hazırladıq", - deyə məlumatda qeyd edilib.
Dövlət korporasiyası bildirib ki, hər iki tərəfin imkanlarının tətbiq olunduğu Beynəlxalq Kosmik Stansiyanın orbitdən çıxarılması üçün müxtəlif ssenarilər nəzərdən keçirilir. Eyni zamanda, müzakirələr, o cümlədən ISS proqramının rəhbərliyi səviyyəsində aparılır.

Dünya 2023-05-19 06:23:00