×
A
A
A
Sazlamalar

“MAX” MMC-nin istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə keçiriləcək

Bakı, 18 may, AZƏRTAC

Mayın 23-də Bakı Fond Birjasında (BFB) “MAX” MMC-nin ümumi dəyəri 500 min manat olan istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildirilib ki, faizli təmin edilməmiş sənədsiz adlı istiqrazın sayı 500 ədəd, nominal dəyəri min manat, illik faiz dərəcəsi 13 faiz, tədavül müddəti 24 aydır. Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” QSC-dir. İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi ) bölməsində yerləşdirilib.

Maliyyə 2023-05-18 17:27:00