İtaliyada daşqınlar nəticəsində 50 min ev işıqsız qalıb
Roma, 18 may, AZƏRTAC
İtaliyanın Emiliya-Romaniya regionunda sel və daşqınlar nəticəsində 50 min evin elektrik enerjisi kəsilib.
AZƏRTAC xəbər verir ki, təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına 150 yanğınsöndürən, 50 texnika cəlb olunub. Son 48 saat ərzində 400-dən xilasetmə əməliyyatı həyata keçirilib, 20 mindən çox insan təxliyə olunub. Hazırda proses davam etdirilir. Bölgədə qırmızı “Həyəcan” siqnalı elan edilib, fövqəladə vəziyyətin elan olunması nəzərdən keçirilir.
Son 36 saatda regiona altı aylıq norma miqdarında yağıntının düşdüyü bildirilir. Ümumilikdə 23 çay daşıb, 280 torpaq sürüşməsi baş verib, 400 yol bağlanıb. Bəzi şəhərlərin mərkəzi küçələrində suyun səviyyəsi bir metri keçib. Sel və daşqınlar nəticəsində 9 nəfər həlak olub. Bölgədəki beş min ferma sel suları altında qalıb. Dəymiş ziyan milyardlarla avro qiymətləndirilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır