×
A
A
A
Sazlamalar

“Partner Finance” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb

Bakı, 17 may, AZƏRTAC
Mayın 17-də Bakı Fond Birjasında (BFB) “Partner Finance” QSC-nin tədavül müddəti 3 təqvim ili, nominal dəyəri 1000 manat olan AZ2005021962 dövlət qeydiyyat nömrəli, 500 min manat həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 1 investor tərəfindən bir sifariş təqdim edilib. İstiqrazın illik faiz dərəcəsi 10 faiz, faiz ödəniş dövrü isə ildə bir dəfə (bir ilin 360 gün olduğunu qəbul etmək şərti ilə) təşkil edir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği və istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 500 min manat təşkil edib. İstiqrazlar 2026-cı il mayın 17-də ödəniləcək. Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

 

Maliyyə 2023-05-17 23:38:00