×
A
A
A
Sazlamalar

Rəcəb Tayyib Ərdoğan taxıl sazişinin 60 gün uzadıldığını bildirib

Bakı, 17 may, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl sazişinin 60 gün uzadıldığını bildirib.
AZƏRTAC Türkiyə telekanallarına istinadla xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan sazişin müddətinin uzadılması üçün göstərdikləri səylərə görə Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenskiyə və Vladimir Putinə, həmçinin BMT-nin Baş katibi Antonio Quterreşə təşəkkür edib.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva taxıl sazişinin iki ay müddətinə uzadılmasını təsdiqləyir.
Xatırladaq ki, ötən il iyulun 22-də İstanbulda BMT, Türkiyə, Ukrayna və Rusiyanın iştirakı ilə taxıl sazişi adlandırılan iki sənəd imzalanıb. Onlardan biri Ukrayna taxılının ixracı üçün dəhlizin yaradılmasını, digəri isə Rusiya ərzaq və gübrəsinin ixracını nəzərdə tutur.

Dünya 2023-05-17 19:59:00