×
A
A
A
Sazlamalar

Son dörd ayda 5305 kommersiya qurumu dövlət qeydiyyatından keçib

Bakı, 17 may, AZƏRTAC
Bu ilin yanvar-aprel aylarında 5305 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onlardan 87,7 faizi yerli investisiyalı, 12,3 faizi isə xarici investisiyalı qurumlardır.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, qeydiyyatdan keçən kommersiya qurumlarının 82 faizi elektron qaydada qeydə alınıb.
Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 94,2 faiz təşkil edib. Yeni qeydiyyat üsulu (fin kod+mobil nömrə) ilə 681 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb.

Maliyyə 2023-05-17 04:58:00