×
A
A
A
Sazlamalar

BMT Rusiya iqtisadiyyatının 2024-cü ildə artım tempinə qayıdacağını proqnozlaşdırır

Bakı, 17 may, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatı (BMT) 2024-cü ildə Rusiya iqtisadiyyatının artım tempinə qayıdacağını proqnozlaşdırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə çərşənbə axşamı dərc olunmuş BMT-nin "Dünya iqtisadi vəziyyəti və onun perspektivləri" adlı hesabatında deyilir.
Hesabatda bildirilir ki, Rusiya iqtisadiyyatının 2024-cü ildə marjinal daralması və ortamüddətli perspektivdə aşağı artım tempinə qayıtması proqnozlaşdırılır.
Hesabat müəllifləri Ukraynada münaqişənin davam etməsi kontekstində proqnozlaşdırmanın çətinliyinə istinad edərək konkret nəticələr göstərmirlər.
Rusiya Mərkəzi Bankının may ayında dərc edilmiş hesabatına əsasən, cari ilin yanvar-mart aylarında istehlak və investisiya fəallığının daha yüksək səviyyəsi, habelə işsizliyin minimum səviyyələrə yaxın qalması proqnozu yaxşılaşdırmağa imkan verir.

Dünya 2023-05-17 04:14:00