×
A
A
A
Sazlamalar

Serbiyada məktəbə silahlı hücumda ölənlərin sayı 10-a yüksəlib

Belqrad, 16 may, AZƏRTAC
Serbiyanın paytaxtı Belqradda orta məktəbə silahlı hücum nəticəsində həlak olanların sayı 10 nəfərə yüksəlib.
AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyi mayın 3-də Vladislav Ribnikar adına məktəbə silahlı hücum nəticəsində ağır yaralanan 14 yaşlı qız şagirdin müalicə aldığı xəstəxanada öldüyünü açıqlayıb. Bununla da məktəbə hücumda ölənlərin sayı 10-a çatıb.
Xatırladaq ki, mayın 5-nə keçən gecə isə Belqrad yaxınlığındakı Mladenvaçda silahlı şəxs 8 nəfəri qətlə yetirib. Ard-arda baş verən iki silahlı hücumdan sonra Prezident Aleksandar Vuçiç vətəndaşları qeyri-qanuni silahlarını polis bölmələrinə könüllü təhvil verməyə çağırıb. Həmçinin Serbiya ərazisindəki 1800 məktəbin hər birində iki polis əməkdaşı xidmətə başlayıb.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad

Dünya 2023-05-16 18:49:00