×
A
A
A
Sazlamalar

Türkiyənin vitse-prezidenti: Seçkilərin şəffaf olmasına heç bir şübhə ola bilməz

Bakı, 14 may, AZƏRTAC

Ölkəmizdə keçirilən prezident və parlament seçkilərinin şəffaf olmasına heç bir şübhə ola bilməz.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Fuat Oktay deyib.
Bildirib ki, dünyada Türkiyə kimi seçkiləri şəffaf keçirən ikinci bir ölkə yoxdur. “Seçki nəticələrinin ölkəmizə və millətimizə xeyirli olmasını diləyirəm",- deyə Vitse-prezident bildirib.
Qeyd edək ki, Türkiyə məntəqələrdə 60 milyon 697 min 843 seçici səs verə bilər. Onlardan 5 milyona yaxını ilk dəfə səs verənlərdir.
Dövlət başçısı postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar. Məmləkət Partiyasının sədri Muharrem İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb.
Prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.
Mayın 14-də, həmçinin Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edir.

Dünya 2023-05-14 16:03:00