Türkiyədə seçkilərin təhlükəsizliyini 600 mindən çox hüquq-mühafizə orqanı əməkdaşı təmin edir
Bakı, 14 may, AZƏRTAC
Türkiyədə prezident və parlament seçkilərinin təhlükəsizliyini 600 mindən çox hüquq-mühafizə orqanı əməkdaşı təmin edir.
AZƏRTAC xəbər verir ki, bunu daxili işlər naziri Süleyman Soylu İstanbuldakı seçki məntəqələrindən birində səsvermədən sonra bildirib.
"Seçkilərin təhlükəsizliyinin təmin edilməsinə polisin və jandarmanın 601 min nümayəndəsi cəlb olunub. Seçkilərin təhlükəsizliyinin təmin edilməsində təcrübəmiz var və onu indi uğurla həyata keçirəcəyik", - deyə nazir qeyd edib.
Süleyman Soylunun sözlərinə görə, hüquq-mühafizə orqanları seçki məntəqələrində təhlükəsizliyin təmin edilməsi baxımından işlərini Yüksək Seçim Qurumu ilə əlaqələndirir.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır