×
A
A
A
Sazlamalar

Qazaxıstanda Sahibkarlar Palatasının sabiq rəhbəri həbs olunub

Bakı, 13 may, AZƏRTAC

Astananın istintaq məhkəməsi “Atameken” Sahibkarlar Palatasının sabiq sədri Ablay Mırzahmetovun iki ay müddətinə həbs olunması barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə məhkəmə instansiyasının mətbuat xidməti məlumat yayıb.
Qazaxıstanın Korrupsiya Əleyhinə Agentliyi fırıldaqçılıqda və rüşvətdə ittiham olunan Ablay Mırzahmetovu mayın 10-da saxlayıb.
O, 2013-cü ilin sentyabrından 2022-ci ilin fevral ayına qədər “Atameken” Milli Sahibkarlar Palatasının idarə heyətinin sədri vəzifəsində çalışıb. Müxtəlif illərdə bizneslə məşğul olub, “Qazaxıstan dəmiryolları” kompaniyasına rəhbərlik edib, həmçinin nəqliyyat və kommunikasiya naziri işləyib.

Dünya 2023-05-13 11:15:00