Yanvar-aprel aylarında xaricə qaz satışı 8,4 milyard kubmetr təşkil edib
Bakı, 13 may, AZƏRTAC
Yanvar-aprel aylarında Azərbaycanın xaricə qaz satışı 8,4 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz çoxdur.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, cari ilin yanvar-aprel aylarında Avropaya 3,9 milyard kubmetr, Türkiyəyə 3,4 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 1,9 milyard kubmetr qaz nəql olunub.
Azərbaycan neftinin qiyməti dəyişməyib
Dünya birjalarında neft ucuzlaşıb
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
Dünya birjalarında neft bahalaşıb
Növbəti həftə 1 şəhər və 3 rayonda “Azəriqaz”ın “Açıq mikrofon” aksiyası keçiriləcək