×
A
A
A
Sazlamalar

Dövlət Komitəsinin sədri Qubada vətəndaşların müraciətlərini dinləyib

Bakı, 12 may, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı mayın 12-də Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşlarla görüşüb.
DQİDK-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Qəbula gələn vətəndaşların dini maarifləndirmə işinin genişləndirilməsi, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, dini qurumların dövlət qeydiyyatına alınması, məscidlərin dini ədəbiyyatlarla təmin edilməsi, dini təhsil, habelə digər məsələlərlə bağlı müraciətləri dinlənilib
Dövlət Komitəsinin aidiyyəti struktur bölmələri rəhbərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, ərizələri qəbul edilərək müvafiq tədbirlərin görülməsi istiqamətində tapşırıqlar verilib.

Din 2023-05-12 19:03:00