×
A
A
A
Sazlamalar

Aİ-də elektromobillərin şarjı stansiyalarının sayı artır

Budapeşt, 12 may, AZƏRTAC

Avropada elektromobillərin şarjı üzrə ictimai stansiyalarının sayı artır. Bu, Avropa Komissiyasının yaşıl enerjidən istifadəyə keçid üzrə direktivlərinin fəal şəkildə həyata keçirilməsinin təzahürdür.
AZƏRTAC energetika və kommunal xidmətlərin tənzimlənməsi üzrə ümumavropa orqanının hesabatına istinadla xəbər verir ki, ötən il Avropa İttifaqının bütün məkanında elektromobillər üçün bu cür stansiyaların sayı 14 faizə qədər artıb.
Macarıstan paytaxtının meriyasının məlumatına görə, təkcə Budapeştdə 731 şarj stansiyası var, Peşt ərazi dairəsində isə onların sayı 292-dir.
Bu ilin son rübündə 2022-ci ilin analoji dövrü ilə müqayisədə stansiyaların sayının 116 faiz artacağı gözlənilir.

 
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Dünya 2023-05-12 15:06:00