KİV: İsveç iyul ayınadək NATO-ya üzv ola bilməyəcək
Bakı, 12 may, AZƏRTAC
İsveç hakimiyyəti hesab edir ki, Stokholm NATO-nun iyul ayında Vilnüs şəhərində keçiriləcək sammitinə qədər alyansın üzvü ola bilməyəcək.
AZƏRTAC xəbər verir ki, İsveç Radiosu bu barədə NATO-nun Brüsseldəki mənzil-qərargahında olan mənbəyinə istinadla məlumat yayıb.
Məlumata görə, aprelin 4-də Finlandiyanın NATO-ya qəbulundan sonra İsveçin üzvlüyünə aktiv hazırlıqlar başlayıb. Xüsusən ABŞ, Böyük Britaniya, Almaniya, Norveç və Danimarkanın buna hələ rəsmi razılıq verməyən Türkiyə və Macarıstana təzyiqləri artıb. Türkiyə İsveçi öz ərazisindəki separatçı təşkilatlara qarşı mübarizədə yetərincə səy göstərməməkdə ittiham edir.
2022-ci ilin iyulunda Finlandiya və İsveçin xarici işlər nazirləri, eləcə də Şimali Atlantika Alyansına üzv olan 30 ölkənin səfirləri blokun mənzil-qərargahında keçirilən rəsmi mərasimdə hər iki dövlətin NATO-ya qəbulu ilə bağlı protokol imzalayıb. Finlandiya 2023-cü il aprelin 4-də NATO-ya üzv olub. İsveçin NATO-ya üzvlüyünə isə Türkiyə razılıq vermir.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır