×
A
A
A
Sazlamalar

Sumqayıt Tibb Mərkəzinin keçirdiyi minifutbol turnirinin qalibi məlum olub

Sumqayıt, 12 may, Ətrabə Rzayeva, AZƏRTAC

TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin (STM) nəzdində olan tibb müəssisələri arasında keçirilən minifutbol turniri başa çatıb.
AZƏRTAC xəbər verir ki, "Heydər Əliyev İli” çərçivəsində keçirilən və STM-in 8 tibb müəssisəsinin mübarizə apardığı minifutbol turnirinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
İlk olaraq STM-in İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Zeynallı turnirin gedişi və nəticələri barədə məlumat verib.
STM-in direktor müavinləri İlkin Namazov, Maisə İsmayılova, Arzu Bəndəliyeva, Ümumi şöbənin müdiri Aynur Həsənova və Sumqayıt Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Elmira Quliyeva çıxış edərək, ölkəmizdə Heydər Əliyev irsinin təbliği istiqamətində görülən işlərdən və dövlətimizin idman siyasətindən danışıblar.
Çıxışlardan sonra qaliblərin mükafatlandırması keçirilib. Turnirin qalibi olan Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının komandası kubok, fəxri fərman, medal və pul mükafatı, II yeri tutan 3 və 4 nömrəli şəhər xəstəxanalarının birgə komandası isə fəxri fərman və medallarla mükafatlandırılıb.

Regionlar 2023-05-12 13:05:00