×
A
A
A
Sazlamalar

Yəmən sahillərində 4,5 bal gücündə zəlzələ baş verib

Bakı, 12 may, AZƏRTAC

Yəmən sahillərində, Ədən körfəzində 4,5 bal gücündə zəlzələ qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri 550 min insanın yaşadığı Ədən şəhərindən 122 kilometr cənub-şərqdə, ocağı 2 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Dünya 2023-05-12 06:55:00