×
A
A
A
Sazlamalar

Astarada üç ayda sənaye məhsulları istehsalında 21,1 faiz artım qeydə alınıb

Astara, 12 may, İlkin Adıyev, AZƏRTAC

Astara rayonunda cari ilin yanvar-mart aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunan malların və göstərilən xidmətlərin həcmi 21,1 faiz artaraq 10086,6 min manat təşkil edib.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə Astara Rayon Statistika İdarəsindən bildiriblər.
Diqqətə çatdırılıb ki, sənaye məhsulunun 30,8 faizi emal, 68,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,4 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 30,8 faiz təşkil edib, istehsal edilən məhsulun 10220,3 min manatlığı istehlakçılara göndərilib.
Qeyd edək ki, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 2023-cü il aprelin 1-i vəziyyətinə 408,6 min manatlıq hazır məhsul olub.

Regionlar 2023-05-12 04:45:00