×
A
A
A
Sazlamalar

Sahibkarlığın İnkişafı Fondunun əməkdaşlarına təlim keçirilib

Bakı, 11 may, AZƏRTAC

Mayın 11-də Azərbaycan Mərkəzi Bankı (AMB), Bakı Fond Birjası (BFB), “AzFinance” İnvestisiya Şirkəti tərəfindən Sahibkarlığın İnkişafı Fondunun əməkdaşlarına təlim keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, maarifləndirmə görüşlərinin effektivliyinin yüksəldilməsi məqsədilə “Bakı Fond Birjasında Listinq və Listinq Məsləhət Proqramı” mövzularında əyani sertifikatlı təlimlər müntəzəm təşkil olunacaq.
Təlimdə kapital bazarı ilə bağlı ümumi məlumat, qiymətli kağızların buraxılışı, onların birjada listinqə alınması proseduru və Listinq Məsləhət Proqramı ilə bağlı ətraflı məlumat verilib.

 

Maliyyə 2023-05-11 17:17:00