×
A
A
A
Sazlamalar

İsveçli səyyah: Müharibə dövründə baş verən hadisələr çox təsiredicidir

Ağdam, 11 may, AZƏRTAC

Müharibə dövründə baş verən hadisələr bizim üçün çox maraqlı və təsiredicidir.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ermənistanın işğalından azad olunmuş Xocavənd rayonuna səfər edən isveçli səyyah Mikael Qustavson deyib.
"Burada olduğuma görə çox şadam. Bugünkü səfər bizə maraqlı tarixi yerləri görməyə imkan yaradıb.
Bu bölgəyə ilk səfərimiz olsa da, əvvəllər də müharibə zonası olmuş Bosniya və Herseqovina, Yuqoslaviya kimi ölkələrə səfər etmişik.
Belə gözəl tarixi, mədəni abidələri olan bir bölgənin dağıntılara məruz qalması bizi məyus edir. Əvvəllər səfər etdiyim yerlərin müharibədən sonrakı vəziyyətini internet vasitəsilə də izləyirəm. Ancaq burada müharibənin bir bölgənin mədəniyyətinə, tarixinə və insanlarına necə təsir göstərə bildiyinin canlı şahidi oluram", - deyə səyahətçi bildirib.

Regionlar 2023-05-11 16:59:00