×
A
A
A
Sazlamalar

“GL” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb

Bakı, 11 may, AZƏRTAC

Mayın 11-də Bakı Fond Birjasında (BFB) “GL” ASC-nin AZ1002020282 dövlət qeydiyyat nömrəli 50 min 125 manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb.
BFB-dən AZƏRTAC-a bildirilib ki, abunə yazılışı zamanı anderrayterə 1 investor tərəfindən 2005 manat qiymətindən bir sifariş təqdim edilib. Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği və səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi 50 min 125 manat olub. Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

 

Maliyyə 2023-05-11 16:26:00