×
A
A
A
Sazlamalar

Bugünkü hərracda tələb 61,4 milyon dollar olub

Bakı, 11 may, AZƏRTAC

Mayın 11-də Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.
AMB-dan AZƏRTAC-a bildirilib ki, hərracda tələb 61,4 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Maliyyə 2023-05-11 14:41:00