×
A
A
A
Sazlamalar

Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşır

Bakı, 11 may, AZƏRTAC

Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.
AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,67 dollar artaraq 79,97 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin ötən il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.

Neft - qaz 2023-05-11 10:08:00