×
A
A
A
Sazlamalar

AQTİ-də səriştəlilik sınağı ilə bağlı müraciətlərin qəbulu davam edir

Bakı, 10 may, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqları davam etdirilir.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, laboratoriyalar may ayında keçirilməsi planlaşdırılan ağır metal analizinə (Arsen(As), Cadmium(Cd), Qurğuşun(Pb), Civə(Hg)) qatılmaq üçün mayın 21-dək AQTİ-yə müraciət edə bilərlər.
Sınaqlarda iştirak etmək istəyən laboratoriyalar institutun rəsmi saytındakı (afsi.gov.az) “Səriştəlilik sınaqları” adlı bölmədə yerləşdirilən “Müraciət forması”nı dolduraraq [email protected] elektron poçtuna göndərməlidirlər.
Müraciətlər qəbul edildikdən sonra iştirakçılara elektron poçt vasitəsilə individual laboratoriya nömrəsi və digər məlumatlar göndəriləcək. Sınaqlar yekunlaşdıqdan sonra isə “Nəticələrin qeydiyyat forması” doldurularaq eyni ünvana yollanmalıdır.
Səriştəlilik sınağının nəticələri sınaqlar yekunlaşandan sonra 1 ay müddətində AQTİ-nin rəsmi saytında yerləşdiriləcək. Laboratoriyaların nəticələri konfedensiallığı qorumaq məqsədilə individual laboratoriya nömrələri ilə açıqlanacaq.
Laboratoriyalar səriştəlilik sınağı haqqında daha ətraflı məlumatı institutun rəsmi saytından əldə edə bilərlər.
Qeyd edilib ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təşkil olunan sınaqların məqsədi özəl laboratoriyalar üçün səriştəliliklərini müstəqil şəkildə qiymətləndirmək imkanını yaratmaqdan ibarətdir.

 

Sosial 2023-05-10 11:45:00