×
A
A
A
Sazlamalar

Birinci rübdə Cənubi Qafqaz Boru Kəmərinin gündəlik ötürücülük gücü 61,6 milyon kubmetr olub

Bakı, 6 may, AZƏRTAC

Cari ilin birinci rübündə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri təqribən 20 milyon dollar, əsaslı xərclər isə 2 milyon dollardan çox olub.
AZƏRTAC xəbər verir ki, bu barədə BP-nin 2023-cü ilin birinci rübünün yekun hesabatında qeyd edilib.
Rüb ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 61,6 milyon kubmetr olub.
Qeyd edək ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

 

Neft - qaz 2023-05-06 10:52:00