×
A
A
A
Sazlamalar

Dünya birjalarında neft bahalaşıb

Bakı, 6 may, AZƏRTAC

Dünya birjalarında neft qiymətləri bahalaşıb.
AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,8 dollar artaraq 75,3 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 2,78 dollar bahalaşaraq 71,34 dollar təşkil edib.

Neft - qaz 2023-05-06 10:12:00