×
A
A
A
Sazlamalar

“Mədəniyyətimizin hamisi” adlı müsabiqəsinin qalibləri müəyyənləşib

Sabirabad, 5 may, Aydın Yavərzadə, AZƏRTAC

Gənc nəslə Ulu Öndər Heydər Əliyev irsinin, onun Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinin geniş təbliğ olunması, eyni zamanda, uşaq və yeniyetmələrin yaradıcı qabiliyyətlərinin aşkarlanması və fərdi potensiallarının inkişaf etdirilməsi məqsədilə Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən “Mədəniyyətimizin hamisi” adlı regional yaradıcılıq müsabiqəsi təşkil edilib.
Sabirabad Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, müsabiqənin 1-ci turu Şirvan şəhəri, Sabirabad, Saatlı və Hacıqabul rayonlarını əhatə edib. Müsabiqənin 2-ci turu, yəni final mərhələsi isə Sabirabad rayon Mədəniyyət Mərkəzində keçirilib. Müsabiqədə 12 nəfər bədii qiraət nominasiyası, 6 nəfər xanəndəlik nominasiyası, 24 nəfər isə fortepiano nominasiyası üzrə olmaqla, ümumilikdə, 42 nəfər uşaq və yeniyetmələr iştirak edib. Münsiflər heyətinin verdikləri qiymətlərə əsasən qaliblər müəyyənləşib.
Mükafatlandırma mərasimindən öncə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə çıxış edərək, iştirakçılara uğurlar arzulayıb.
Sonda qaliblər Sabirabad Regional Mədəniyyət İdarəsinin fəxri fərmanı və mükafatlarla təltif ediliblər.

Regionlar 2023-05-05 18:15:00