×
A
A
A
Sazlamalar

Müstəqil Azərbaycan Ordusunun formalaşdırılması Ulu Öndərin adı ilə bağlıdır

Daşkəsən, 5 may, Elcan Məmmədov, AZƏRTAC

Daşkəsən Rayon İcra Hakimiyyətinin rəhbərliyi “Heydər Əliyev İli” ilə bağlı təsdiq olunan Tədbirlər Planına əsasən, N saylı hərbi hissənin bir qrup əsgər və zabitləri ilə görüşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi yad edilib.
Heydər Əliyev Mərkəzində keçirilən görüşdə çıxış edən icra başçısı Əhəd Abıyev Vətənin müdafiəsində hərbçilərə uğurlar arzulayıb. O, 2023-cü il may ayının 10-da Ümummilli Liderimiz, müstəqil demokratik Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasətçi, dahi dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ölkəmizin hər yerində, o cümlədən Daşkəsəndə də tədbirlər keçirildiyini bildirib.
Diqqətə çatdırılıb ki, müstəqil Azərbaycan Ordusunun formalaşdırılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycanın əsgər və zabitləri Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth edir, ölkəmizin hərb tarixinə şanlı səhifələr yazırlar. Belə ki, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın parlaq tarixi Zəfəri ilə başa çatdı. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edildi. Bu tarixi Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, sərkərdəlik məharəti və rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında şücaəti ilə qazanıldı.
Çıxışlardan sonra “Ulu Öndər Heydər Əliyev” adlı sənədli film nümayiş olunub.

 

Regionlar 2023-05-05 13:15:00