×
A
A
A
Sazlamalar

Siyəzəndə istirahət mərkəzində yanğın olub

Siyəzən, 5 may, Elxan Yusifli, AZƏRTAC

Siyəzən rayonunda istirahət mərkəzində yanğın olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Məşrif kəndində qeydə alınıb. Vətəndaş Mərdanov Əli Cumayil oğluna məxsus istirahət mərkəzinin 150 kvadratmetr sahəsi yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Siyəzən bölməsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2023-05-05 12:33:00