×
A
A
A
Sazlamalar

“Azəri-Çıraq-Günəşli” yatağından 35 milyon barel neft çıxarılıb

Bakı, 4 may, AZƏRTAC

Bu ilin ilk üç ayında “Azəri-Çıraq-Günəşli”dən (AÇG) stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.
AZƏRTAC xəbər verir ki, bu barədə BP-nin 2023-cü ilin birinci rübünün yekun hesabatında qeyd olunub.
Rüb üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (24 min 100), “Mərkəzi Azəri” (100 min), “Qərbi Azəri” (93 min 300), “Şərqi Azəri” (64 min 200), “Dərinsulu Günəşli” (69 min 400) və “Qərbi Çıraq” (35 min) platformalarından birlikdə gündə orta hesabla 386 min barel və ya ümumilikdə təxminən 35 milyon barel, yəni 5 milyon ton təşkil edib.
Rübün sonunda AÇG-də ümumilikdə 139 neft hasilat quyusu, 42 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.
Hesabat dövründə AÇG-də 2 neft hasilatı və 2 su injektor quyusu tamamlanıb.
Cari ilin birinci rübündə AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6,5 milyon kubmetr, ümumilikdə isə 0,6 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Neft - qaz 2023-05-04 16:31:00