×
A
A
A
Sazlamalar

Bakı–Tbilisi–Ceyhan boru kəməri vasitəsilə 539 milyon tondan çox xam neft nəql edilib

Bakı, 4 may, AZƏRTAC

Birinci rübdə BTC üzrə əməliyyat xərclərinə təxminən 34 milyon dollar, əsaslı xərclərə isə 10 milyon dollar vəsait xərclənib.
AZƏRTAC xəbər verir ki, bu barədə BP-nin 2023-cü ilin birinci rübünün yekun hesabatında qeyd olunub.
1768 kilometr uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2023-cü ilin birinci rübünün sonunadək kəmər vasitəsilə 539 milyon tondan çox (4 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5314 tankerə yüklənərək dünya bazarlarına göndərilib. BTC-nin ümumilikdə 4 milyard barel neft ixracına nail olması əlamətdar bir uğur kimi cari il yanvarın 18-də qeyd edilib.
Bu ilin birinci rübü ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 7 milyon ton (təxminən 53 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 70 tankerə yüklənib və yola salınıb.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan və Türkmənistan) də nəql olunur.

Neft - qaz 2023-05-04 15:35:00