×
A
A
A
Sazlamalar

İmişlidə yaradılan iş yerlərinin 43,6 faizi yeni müəssisə və təşkilatların payına düşüb

İmişli, 4 may, Aydın Yavərzadə, AZƏRTAC

İmişli rayonunda 2023-cü ilin yanvar-mart aylarında 78 yeni iş yeri yaradılıb. Yeni açılmış iş yerlərinin 43,6 faizi yeni yaradılmış, 56,4 faizi isə mövcud müəssisə və təşkilatların payına düşüb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 1,2 faizini kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 34,6 faizini ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,4 faizini sənaye, 6,4 faizini nəqliyyat və anbar təsərrüfatı, 2,6 faizini informasiya və rabitə, 37,2 faizini yaşayış üçün yerlər tərəfindən xidmətlərin göstərilməsi, 9,0 faizini daşınmaz əmlaklarla əlaqədar əməliyyatlar və 2,6 faizini təhsil sahəsi təşkil edib.

Regionlar 2023-05-04 10:42:00