×
A
A
A
Sazlamalar

Dünya birjalarında neft bahalaşıb

Bakı, 4 may, AZƏRTAC

Dünya birjalarında neft qiymətləri bahalaşıb.
AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,79 dollar artaraq 73,12 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,59 dollar bahalaşaraq 69,19 dollar təşkil edib.

 

Neft - qaz 2023-05-04 10:08:00